TƏBİB 30 maya olan son vəziyyəti elan etdi

  • 30.05.2020
  • 0

Bu gün Azərbaycanda koronavirusla bağlı edilən test sayı 4661 olub. TƏBİB-dən Pravda.az-a verilən məlumata görə, ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 294 264-dür. Qeyd edək ki, Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 5246, vəfat edənlərin sayı 61, sağalanların sayı 3327-dir. Hazırda 1858 aktiv koronavirus xəstəsinin 82-si reanimasiyadadır, 15 nəfər süni tənəffüs aparatına qoşulub.

Nə düşünürsən?