Ötmə əməliyyatı edərkən təhlükə yaratdı

  • 30.05.2020
  • 0

Ötmə əməliyyatı edən sürücü qarşı yola çıxmaqla təhlükə yaradıb. YPX.AZ xəbər verir ki, hadisə İsmayıllı rayonunu yolunda baş verib. Belə ki, iki zolaqdan ibarət yolda “Mercedes” markalı avtomobilin sürücüsü əks yola çıxaraq ötmə əməliyyatı yerinə yetirib. Bu zaman o qarşıdan gələn digər nəqliyyat vasitəsinə təhlükə yaradıb. Gecə saatlarında bu formada təhlükəli qayda pozuntularına yol vermək ağır qəzalarla nəticələnə bilər. Hadisə digər hərəkət iştirakçılarından biri tərəfindən vide qeydə alınıb. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?