Şirvanda dəhşətli qəza baş verdi

  • 30.05.2020
  • 0

Şirvanda 22 yaşlı gəncin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə Şirvan şəhərində qeydə alınıb. Belə ki, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Yaşar Ağayev avtomobili ilə dönməkdə olan sərnişin mikroavtobusuna çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişin 1998-ci il təvəllüdlü Fərid İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü və digər sərnişin 1999-cu il təvəllüdlü Maşallah Həmidov isə xəstəxanaya yerləşdirilib. Ölən şəxsin sıxılmış meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

Nə düşünürsən?