Həftə sonu küçəyə çıxmaq qadağan edildi

  • 30.05.2020
  • 0

15 şəhərdə küçəyə çıxmaq qadağan edilib İstanbul və paytaxt Ankara da daxil olmaqla 15 şəhərdə 30 və 31 may tarixlərində küçəyə çıxmaq qadağandır. REAL-ın Türkiyə bürosunun son dəqiqə məlumatına görə, Türkiyənin İnfrastruktur və Nəqliyyat naziri açıqlamasında bildirib ki, Türkiyə daxilində uçuşlar 1 iyun tarixindən etibarən başlayacaq. Sabiha Gökçen Havalimanı və İstanbul Hava Limanında koronavirusa qarşı tədbilər görülür. Sərnişinlərin risk altında olmaması üçün sosial məsafə qorunmalıdır. Qaydalara görə isə bütün sərnişinlər hava limanına maska ilə daxil olmalıdır. Açıqlamalara görə, Taksim meydanında koronavirusla bağlı tədbirlər çərçivəsində qayda pozuntuları daha çox olur.