"Tarqovı"dan ŞOK görüntülər

  • 30.05.2020
  • 0

Azərbaycanda koronavirusa görə tətbiq olunan xüsusi karantin rejimi zamanı Bakıda qeydə alınan qələbəlik görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Redaktor.az xəbər verir ki, görüntülər paytaxtın mərkəzi küçəsi “Tarqovı”da çoxlu insanın bir araya toplaşdığını və sosial məsafəyə əməl etmədiyini göstərir. Eyni zamanda, insanlar arasında sosial məsafəyə nəzarət etməli olan polis əməkdaşlarının da gözə dəyməməsi birmənalı qarşılanmayıb. Qeyd edək ki, dünən Azərbaycanda koronavirusa rekord yoluxma faktı qeydə alındığı açıqlanıb. Belə ki, 230 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib, 103 xəstə sağalıb.

Nə düşünürsən?