Qarabağ qazilərinə növbəti avtomobillər paylandı

  • 29.05.2020
  • 0

28 May-Respublika günündə vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ailələri, eləcə də Qarabağ qazilərimiz diqqətdən kənarda qalmayıb. YPX.AZ xəbər verir ki, bayram hədiyyəsi olaraq, Prezident İlham Əliyev tərəfindən daha 100 şəhid ailəsi mənzillərlə, 50 Qarabağ qazisi avtomobillərlə təmin edilib. Püşkatma yolu ilə təqdim edilən mənzillər Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınıb. Mənzillər tam təmirlidir, istilik və digər zəruri vasitələrlə təchiz edilib. Avtomobil alanlardan Qarabağ qazisi Qardaşxanov Rövşən Fətəli oğlu YPX.AZ-a müsahibə verib. Müsahibəsi zamanı o, bayram günündə onlara avtomobil verildiyini, sevincli olduğunu bildirərək, ölkə Prezident İlham Əliyevə təşəkkür etdiyini bildirib. Tədbirdə şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Nə düşünürsən?