Döyüş "pitbull"ları burada saxlanılırmış

  • 29.05.2020
  • 0

Azərbaycanda it döyüşlərində istifadə olunan “american stuff” və “pitbull” cinsli itlər mühafizə olunaraq sığınacağa yerləşdirilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Heyvanların Qorunması Cəmiyyətinin heyvan haqları üzrə inzibatçısı Fərid Mansurov yayıb. Bildirib ki, fermada saxlanılan 8 cins it ərazidən götürülərək İDEA İctimai Birliyinə aparılıb. İtlər köçürülən zaman onların insanlara qarşı sakit və mehriban olmaları diqqətdən yayınmayıb. F. Mənsurovun sözlərinə görə, buna səbəb onların balacalıqdan yalnız itləri özünə şikar kimi görməyə öyrədilməsidir.

Nə düşünürsən?