Daha bir qadağa götürülür: 1 iyundan etibarən...

  • 29.05.2020
  • 248 baxış
  • 0

Türkiyədə 1 iyundan etibarən şəhərlərarası səyahətə icazə veriləcək. Publika.az xəbər verir ki, bu barədə ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin video-konfransında danışıb. O bildirib ki, prosesləri izləyərək həyatın normallaşması istiqamətində tətbiq edilən qadağaların ləğvinə yenidən baxıla bilər: “Normallaşmanın mənfi təsirləri müşahidə olunsa, bəzi rayonlarımız səyahət qadağasını yenidən qüvvəyə mindirə bilər”. Nazirlər Kabinetinin toplantısında verilən qərarlardan biri də məzuniyyətə göndərilən və ya evdən işləyən ictimai kadrların 1 iyundan etibarən ofislərinə geri qayıtması barədədir. Bundan başqa, uşaq bağçaları və gündüz işləyən qocalar evləri də bu qərar çəçivəsində fəaliyyətini bərpa edəcək. Satış və istehsalla məşğul olan 65 yaşdan yuxarı şəxslər maska, məsafə və təmizliyə riayət etmək şərti ilə işlərinə davam edə biləcək. Qalan şəxslərə isə evdən çıxmaq bir müddət də qadağandır.

Nə düşünürsən?