Təmas xəttində naqillər yenilənir

  • 28.05.2020
  • 0

Ağdamın 15-dən çox kənd fasiləsiz elektrik enerjisi ilə təmin olunub Ağdamın təmas xəttində yerləşən kəndlərində sakinlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi istiqamətində “Azərişıq” ASC kompleks tədbirlər həyata keçirir. Rayon ərazisində məcburi köçkünlərin də məskunlaşdığı ərazilər daxil olmaqla ümumilikdə 15 dən çox kənd və yaşayış məntəqəsində yenidənqurma işləri görülüb. İstismara yararsız dayaq və naqillər yenisi ilə əvəz olunub. Ümumilikdə 2567 ədəd yeni dayaq quraşdırılıb, 259 min 700 metr müxtəlif növ yeni kabel çəkilib. Həmçinin Ergi ərazisində yeni 110/35/10 kv-luq, Əfətli kəndində isə 35/10 kv-luq yarımstansiyalar tikilib istismara verilib. 36 ədəd müasir tipli müxtəlif güclü transfarmator məntəqəsi quraşdırılıb.

Nə düşünürsən?