Bakı-Sumqayıt yolunda baş verən qəzadan sonra tıxac

  • 28.05.2020
  • 0

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi yaxınlığında qeydə alınıb. "Hyundai” markalı avtomobil ilə "Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Ölən və yaralananlar barədə hələ ki məlumat yoxdur. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır. Hadisə nəticəsində Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

Nə düşünürsən?