Ucarda evə ilan girdi

  • 28.05.2020
  • 0

Ucar sakininin evinə nəhəng gürzə ilanı girib. APA TV-nın yerli bürosunun məlumatına görə, rayonun Yuxarı Şilyan kənd sakini, 1959-cu il təvəllüdlü Ağamir Fətəliyevin dediyinə görə, evin artırmasında 2 azyaşlı nəvəsi ilə çay içərkən ilanın onlara tərəf gəldiyini görüb. Bu zaman nəvələrinə ziyan dəyəcəyindən qorxan Ağamir Fətəliyev ağac parçası ilə ilanı öldürüb. Ev sahibinin sözlərinə görə, “Küdürü” adlanan ərazi ilə evlərinin arasındakı məsafə cəmi 500-600 metrdir. Məhz ilanın da həmin ərazisindən gəldiyini deyən Ağamir Fətəliyev bir neçə dəfə sürünənləri həyətdə gördüyünü bildirir. Qeyd edək ki, Küdürü adlanan ərazi qumsal və boş sahə olduğundan hələ keçmişdən zəhərli ilanların məskəni olub.

Nə düşünürsən?