Ucarda traktor yandı

  • 28.05.2020
  • 0

Ucarda otla dolu traktor yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Küçəkənd kəndində qeydə alınıb. Göyçay rayonunun Kürşaban kənd sakini, 1998-ci il təvəllüdlü Rəvan Qurbanovun idarə etdiyi otla dolu qoşqulu traktor hərəkətdə olarkən anidən alışıb. Hadisə yerinə Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yanğın söndürülüb. Traktorda olan 300 ot bağlamasının bir qismi yanıb, qalan hissəsi isə yararsız hala düşüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?