Göyçayda bədbəxt hadisə

  • 28.05.2020
  • 0

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şıxbəy kəndi ərazisində qeydə alınıb. Belə ki, Ucar rayon sakini, 1982-ci il təvəllüdlü Qarakişi Kərimov idarə etdiyi “KİA Sportage” markalı minik avtomobili ilə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən velosipedçi, Göyçay rayonu Şıxbəy kənd sakini 1980-ci il təvəllüdlü Tural Cabbarovu vurub. Velosipedçi Tural Cabbarov aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?