Qadın sürücünün törətdiyi zəncirvari qəzanın GÖRÜNTÜLƏRİ

  • 27.05.2020
  • 0

Dünən Şəmkir şəhərində yol-nəqiliyyat hadisəsi baş vermişdi. YPX.AZ xəbər verir ki, Gəncə şəhər sakini Cəfərova Munisə Yunis qızının idarə etdiyi “İveko” markalı yük avtomobili Səməd Vurğun küçəsində hərəkət edərkən əyləcdə baş verən nasazlıq nəticəsində əks hərəkət istiqaməti olan birtərəfli yola daxil olub və altı avtomobilə zərər vurub. Hadisə nəticəsində Şəmkir şəhər sakini Əsgərov Saleh Əsgər oğlu xəsarət alıb. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır. Qəzadan sonar qeydə alınan görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?