Yanan qarajdan 3 cəsəd aşkarlandı

  • 27.05.2020
  • 0

Rusiyanın Sankt-Peterburq şəhərində qarajda yanğın baş verib. Avtosfer.az xəbər verir ki, insident mayın 27-də səhərə saatlarında “Kosmonavt” prospektində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb. Məlumata görə, yan-yana olan iki 27 kvadrat metrlik qaraj yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər. Daha sonra qarajların birinə baxış keçirən əməkdaşlar oradan 3 nəfərin cəsədini aşkarlayıblar. Qarajın içindən tapılan meyitlərin yanğından əvvəl öldüyü ehtimal edilir. Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Namiq Musayev

Nə düşünürsən?