Məhərrəm ayının başlayacağı tarix açıqlandı

  • 27.05.2020
  • 0

Bu il Azərbaycanda Məhərrəm ayı Miladi təqvimlə avqustda başlayacaq. BAKU.WS xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Vüsal Cahangiri “lent.az”a bildirib ki, bu il ölkəmizdə Məhərrəm ayının 1-i Miladi təqvimlə avqustun 21-nə təsadüf edir. Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunacaq. Məhərrəm ayından sonra gələn Səfər ayının bitməsi bu il oktyabrın 17-nə düşür. Beləliklə, artıq oktyabrın 18-dən toy və digər şadlıq mərasimlərini keçirmək mümkün olacaq. QMİ əməkdaşı onu da bildirib ki, bu il Qurban bayramı iyulun 31-nə təsadüf edir.

Nə düşünürsən?