“KamAZ”ın yük yeri ustanın üstünə aşıb

  • 27.05.2020
  • 0

Gəncədə bədbəxt hadisə baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, usta təmir işləri zamanı ağır tonnajlı maşının yük yerinin altında qalıb. Hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 30 yaşlı Əsədov Hüseyn Vidadi oğlu “KamAZ” markalı özüboşaldan yük maşınında qaynaq işləri apararkən avtomobilin yük yeri qəfildən onun üstünə düşüb. Nəticədə usta ağır xəsarət alıb. Yaralı dərhal Gəncə şəhərə TTYX-na, daha sonra isə şəhərdəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Həkimlər yaralıya ilkin tibbi yardım göstərib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.