“Qazel” “qırmızı”dan keçən “təcili yardım”ı aşırtdı

  • 27.05.2020
  • 0

Mayın 25-də Rusiyanın Ryazan şəhərində “Qazel”lə “təcili tibbi yardım” maşınının iştirakı ilə baş verən yol qəzasının görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, hadisə “Esenina” küçəsində qeydə alınıb. Kadrlarda, “təcili tibbi yardım” avtomobilinin sürücüsü xüsusi sayrışan işıqları (miqalka) yandıraraq svetoforun qadağan edici siqnalından keçdiyi və bu zaman yolun solundan gələn “Qazel” markalı mikroavtobusun ona çırpıldığı görülür. Zərbənin şiddətindən “təcili tibbi yardım” aşır. Yerli KİV-in məlumatına görə, qəza nəticəsində “təcili tibbi yardım”ın həkimi, iki feldşeri və hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarətlər alıblar. Bildirilir ki, “təcili tibbi yardım” maşını, infarkt keçirən şəxsin çağırışına tələsirmiş.

Namiq Musayev

Nə düşünürsən?