İt döyüşləri təşkil edənlərlə bağılı araşdırma aparılır

  • 27.05.2020
  • 0

Azərbaycanda qanunsuz it döyüşləri təşkil edilir. YPX.AZ xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Sosial şəbəkələrdə yayılan məlumatlarda, təşkil olunan döyüşlər zamanı döyüşdürülə itlərə narkotik tərkibli dərmanlar vurulduğu iddia edilir. Narkotikin təsiri altında olan itlərin döyüşləri zamanı məğlub olan, yəni ölən itin başını gövdəsindən ayırıb cəsədini daha cavan itlərə yedirdirlər ki, itlər qan iysinə alışsınlar və daha da vəhşi olsunlar. Bundan əlavə döyüş itləri küçə itləri ilə məşq etdirilir və məğlub olan itlərin dərisi soyulub digərlərinin bəslənməsi üçün istifadə edilir. Bu döyüşlərin təşkilatçılarının beş nəfər olduğu iddia edilir. Bunlardan bəzilərinin adlar isə belədir: Rüfət, Murad, Mətləb, Hüseyn. Təşkilatçılardan da narkotik istifadəçilərinin olduğu iddia edilir. Həmin şəxslər bu vəhşi hərəkətləri ilə əylənir, iddialara görə böyük məbləğlərdə pullar qazanırlar. Hətta təşkilatçılardan Mətləb adlanan şəxsin xüsusi döyüş itləri yetişdirdiyi məlumatı da sosial şəbəkələrdə paylaşılan məlumatlarda öz əksini tapır. Artıq məsələyə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin “instagram” hesabından münasibət bildirib. Nazirliyin verdiyi məlumatda bildirilir: “Hörmətli izləyicilərimiz, qanunsuz it döyüşləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan materiallardan xəbərimiz var. Hazırda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.” Cəmiyyətimizdə bu kimi vəhşiliklərlə məşğul olan insanların olması təssüfləndirici haldır. Məsələyə hüquq-mühafizə orqanlarının da münasibət bildirməsi, məsələnin xüsusi nəzarətə götürülməsi isə bu məsələnin tək sevindirici tərəfidir. Aydın məsələdir ki, bu insanlar müəyyənləşdirilib məsuliyyətə cəlb edilənə qədər heyvanlar hər gün işgəncələrə məruz qalacaq. Tez bir zamanda lazımı tədbirlərin görülərək bu dəhşətli, ürək ağrıdan görüntülərin səbəbkarlarının cəzalandırılacağına inanırıq.

Nə düşünürsən?