Havada asılı qalan qız izləyiciləri ruhların varlığına inandırdı

  • 27.05.2020
  • 0

İpdən asılı yelləncəklə suya tullanan qız bir anlıq sanki fizika qanunlarını pozur və havada asılı qalaraq fırlanır. BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, optik illüziyanı əks etdirən video "Mirror" nəşrinin diqqətini cəlb edib. İzləyicilər bunun necə baş verdiyini başa düşmədikləini etiraf ediblər. Bəziləri hətta burada ruhların "əlinin olduğunu" iddia edib. Lakin izləyicilərdən biri əslində qızın ikinci, daha nazik ipə dolaşdığını bildirilib. Bu ip yelləncəyi yerinə qaytarmaq üçün istifadə olunur.

Nə düşünürsən?