Kanaldan qadın meyiti tapıldı

  • 27.05.2020
  • 0

Salyanda kanalda naməlum qadın meyiti tapılıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Yenikənd kəndi ərazisində kanalda naməlum qadın meyiti aşkar edilib. Qadının meyiti müayinə olunmaq üçün Salyan rayon Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə aparılıb. Onun kimliyi və hansı səbəbdən öldüyü hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır. Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

Nə düşünürsən?