Yolun asfaltlanması zamanı işçilər kabab çəkdi

  • 26.05.2020
  • 0

Rusiyanın Moskva əyalətində yol işçiləri küçənin ortasında kabab bişiriblər. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri Podolsk şəhərində qeydə alınıb. Kadrlarda, hərəkətin intensiv olduğu yolda zolağın biri asfaltlanması üçün bağlandığı və işçilərin manqal qalayaraq kabab bişirdikləri görülür. Sosial şəbəkədə yayımlanan video, izləyənlərin həm marağına, həmdə qınağına səbəb olub.

Nə düşünürsən?