Övladı olmayan aktyordan təsirli sözlər

  • 26.05.2020
  • 0

“Eşkiya dünyaya hükümdar olmaz” serialında Şahin obrazını canlandıran aktyor Turqay Tanülkü verilişlərin birində hər analar günündə həyat yoldaşından üzr istədiyini açıqlayıb. Redaktor.az xəbər verir ki, 18 yaşında həbsxanaya düşən aktyor gördüyü işgəncələr səbəbindən övlad sahibi ola bilmədiyini etiraf edib: “Uşaq bizim üçün həssas mövzudur. Hər analar günündə həyat yoldaşımdan üzr istəyirəm. Ona bir övlad verə bilmədim”. Qeyd edək ki, aktyor 1970-ci ildə siyasi səbəblərə görə həbs olunmuşdu.

Nə düşünürsən?