Daha bir qoçuluq etmək istəyən sürücü peyda oldu

  • 26.05.2020
  • 0

Yolda qayda pozaraq təhlükə yaradan "kamikadze" sürücünün görüntüsünü oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib.

Avtosfer.az xəbər verir ki, mayın 26-ı Lənkəran rayonunda (Digah-Şilavar yolunda) yolun kənarında dayanmış H 017 687 qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobilinin sürücüsü qəfildən hərəkətə başlayaraq arxadan gələn sürücüyə qəza vəziyyəti yaradıb. Sürücü əks istiqamətdən gələn avtomobillərlə toqquşmamaq üçün qəzadan güclə yayınıb. O, avtomobili sağa çəkib yolun kənarında dayanan zaman yük avtomobilinin sürücüsü yenə də qəfil sağa manevr edərək onu vurmaq istəyib. Qoçuluq edən şəxs daha sonra həmin sürücüyə yaxınlaşaraq avtomobildən düşməyini tələb etsə də, o, mübahisənin yaranmaması həmin yerdən uzaqlaşıb.

Sürücü baş verən hadisə zamanı avtomobildə olan ailə üzvlərinin qorxu və həyəcan keçirtdiyini bildirib.

Nə düşünürsən?