"Elçi gəlsələr, məni alarlar" - Röya ərə getmək istəyir?

  • 26.05.2020
  • 0

Xalq artisti Röya Ayxan da karantin günlərində özünü mətbəxə salan məşhurlardan oldu. BiG.AZ xəbər verir ki, aparıcı Saleh Bağırov Xalq artisti ilə birlikdə çəkilişdə olub. Çəkiliş zamanı Röyanın mətbəx bacarıqları üzə çıxıb. O, bildirib ki, karantin günlərində vaxtını daha çox mətbəxdə keçirib: "Karantin günlərində biş-düşlə aram yaxşıdır. Deyirəm ki, mənə bu vaxt elçi gəlsələr, alarlar. Hər kəsin bəxti bir gün açılır, mənimki də belə. Heç demirəm ki, niyə iş yoxdur. Gələcəyim üçün daş üstə daş qoyub divar hörürəm".

Nə düşünürsən?