Yollarda “Kamikadze” kimi şütüyən taksi sürücüsü

  • 26.05.2020
  • 0

Əks yola çıxan taksi sürücüsü yoldaki nəqliyyat vasitələrinin qarşısına çıxaraq onlara təhlükə yaradıb. YPX.AZ xəbər verir ki, Xəzər rayonu Xaşaxuna Bağ Massivlərindən keçən yolda 10 VM 168 dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobilin sürücüsü yola hərəkətin əksi istiqamətində daxil olaraq qarşıdan gələn nəqliyyat vasitələri üçün aşkar təhlükə yaradıb. İki əks istiqamətli yolun dəmir arakəsmələrlə ayrıldığı yolda bu formada hərəkətin əksi ilə hərəkət etmək olabiləcək qəzanı da qaçınılmaz edir. Məsuliyyətsiz sürücünün bu kobud qayda pozuntusu yolverilməzdir. Sürücünün qayda pozuntusu hərəkət iştirakçılarından biri tərəfindən video qeydə alınıb. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?