Acı xəbər: 4 hərbçimiz faciəli şəkildə öldü

  • 26.05.2020
  • 0

Bakı-Şamaxı avtomagistralında baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Baku TV xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, “Saipa” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə, beş nəfər ölüb, iki nəfər ağır xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qeyd edək ki, ölənlər “Saipa”nın sürücüsü və sərnişinləri olub.