Kobud qayda pozuntuları ilə təhlükə yaradan sürücülər

  • 26.05.2020
  • 0

Bəzi sürücülər kobud qayda pozuntularına yol verərək yollarda aşkar təhlükə yaradırlar. YPX.AZ-ın təqdim etdiyi görüntülərdə, sürücülərin hərəkət istiqamətinin əksi istiqamətində hərəkət etməklə təhlükə yaratmaları əks olunub. Təqdim etdiyimiz iki görüntüdə, “Hyundai” və “Mercedes” markalı avtomobillərin sürücüləri, beton arakəsmələrlə ayrlmış yolda hərəkətin əksi istiqamətində hərəkət edərək digər nəqliyyat vasitələri ilə üz-üzə gəlməklə onlara təhlükə yaradıblar. Digər görüntüdə isə “VAZ” markalı avtomobilin sürücüsünün dairəvi hərəkətin əksi istiqamətində yol ayrıcına daxil olaraq manevr etməsi əks olunub. Sürücülərin kobud qayda pozuntuları digər hərəkət iştirakçıları tərəfindən video qeydə alınıb. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?