Evini təmir etmək üçün 4 evi soydu

  • 26.05.2020
  • 0

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı martın 21-dən mayın 21-dək olan müddətdə rayonun Masazır kəndi ərazisindəki yaşayış komplekslərindən birində dörd mənzili talan edən Bakı sakini, 33 yaşlı Fərid Tahirov saxlanılıb. APA TV-nin məlumatına görə, araşdırma zamanı onun üç evdən qiymətli inşaat materialları və digər mənzildən isə 55 000 manat dəyərində məişət əşyaları oğurladığı məlum olub. Fərid Tahirov ilkin ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. O, Masazırda yenicə mənzil aldığını, təmirə pulu olmadığı üçün qonşuluqda içi məişət əşyaları ilə dolu olan dörd evi soymaq qərarına gəldiyini bildirib. Qarət etdiyi sonuncu mənzil yenicə evlənən cütlüyün imiş. Fərid Tahirov həmin mənzilə pəncərədən daxil olaraq, televizor, soyuducu, mətbəx mebeli, xalçalar, qab-qacaqlar, yataq dəstləri, divan –kreslo, yeni evlənən xanımın cehizlik mallarını və paltarlarını , eləcə də hamam tualetdə olan bütün aksesuarları öz şəxsi malı kimi götürüb. Hətta diqqət çəkməmək üçün xidmət taksisindən istifadə edərək, Bakıda kirayə tutduğu evə daşıyıb. Əvvəllər biznes fəaliyyəti ilə məşğul olan şəxs tutduğu əməldən peşman olduğunu deyib. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?