‘’OnlayNHN’’ layihəsinin ikinci turuna yekun vurulub

‘’OnlayNHN’’ layihəsinin ikinci turuna yekun vurulub

  • 25.05.2020
  • 204 baxış
  • 0

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin İntellektual İnkişaf Mərkəzi və ‘’Xəzər İntellektual Gənclər Klubu’’nun təşkilatçılığı ilə gənclər arasında ‘’Evdə qal, OnlayNHNə qoşul’’ şüarı ilə Nə? Harada? Nə zaman? oyunu üzrə ‘’OnlayNHN’’ layihəsinin ikinci turuna yekun vurulub. "Quantum" platformasında keçirilən yarışda 70-ə yaxın komanda mübarizə aparıb. 24 suallıq oyun paketinin 22 sualını doğru cavablandıran YaSumBa GəPitİz komandası birinci, 20 cavabla Prestij və Revolver komandaları ikinci və üçüncü yerlərə sahib olub. Layihənin məqsədi sosial izolyasiya və karantin günlərində intellektual oyun vərdişlərinin artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir. May-iyun aylarını əhatə edəcək layihə dörd turdan ibarət olacaq. Növbəti tur üçün müraciətlər 25 maydan elan ediləcək. Qeydiyyat 29 may saat 21.00-a qədər davam edəcək. Əlavə məlumatları “Xəzər İntellektual Gənclər Klubu“ və “Xəmsə Milli İntellektual Oyunu“nun facebook səhifələrindən əldə etmək mümkündür.

Nə düşünürsən?