Qayda pozan sürücü digərinə: Söyüləcəksən

  • 25.05.2020
  • 0

Sürücü əks hərəkət zolağına çıxdığı azmış kimi qarşıdan gələn digər sürücünü sərt şəkildə qınamağa çalışıb. YPX.AZ xəbər verir ki, Sakit Qocayev küçəsi ilə əks yola çıxaraq hərəkət edən 90 OE 501 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkətinə tam mane olub. Daha sonra qayda pozan sürücü hərəkət etməli olduğu zolağa qayıdarkən qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsünü sərt şəkildə qınayaraq “söyüləcəksən” - deyib. Sürücünün bu əməli digər sürücünün avtomobilində olan video qeydiyyatçı tərəfindən qeydə alınıb. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?