Yeni icra başçısının ingilis dilində gülməli danışığı

  • 25.05.2020
  • 0

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun 2019-cu il sentyabrın 7-də keçirilən İCAPP-ın Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasında ingilis dilində çıxışı müzakirələrə səbəb olub. Oxu24.com xəbər verir ki, videonu jurnalist Eynulla Fətullayev paylaşıb. S.Orucovun çıxışı zamanı onun sözləri düzgün tələffüz etmədiyi diqqət çəkib. Qeyd: S.Orucov beynəlxalq tədbirdə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri kimi çıxış edib.