"Amaliya Pənahova küsdü getdi"

  • 25.05.2020
  • 0

ARB TV-nin efirində yayımlanan “Səhər-səhər” verilişində Azərbaycan Respublikasının xalq artisti, mərhum aktrisa Amalya Pənahovanın həyat və yaradıcılığı müzakirə olunub. Mərhum sənətkarla bağlı xatirələrini danışan xalq artisti Əli Nur onun teatrdan küskün olduğunu dilə gətirib: “Amalya Pənahova gözəl sənətkar olmaqla yanaşı, həm də gözəl dost, yoldaş-tərəf müqabili idi. Amma Amalya xanım teatrdan incik düşdü. Bilirsiniz, bir teatra rəhbər gələndə gərək ədalətdli olsun, rolları ədalətlə bölsün. Bəzən teatr rəhbərləri təzə gələndə başlayırlar kimləsə intriqa-düşmənçilik aparmağa, kimdənsə qisas almağa. Amalya xanımın incik düşməsi mənim gözlərimin qarşısında baş verdi”.

Nə düşünürsən?