Britaniyaya milyonlar aparan azərbaycanlı ər-arvad kimdir?

  • 25.05.2020
  • 0

Böyük Britaniyada adları gizli saxlanan ər-arvad tərəfindən "Azərbaycanın pulyuyan maşını” kimi tanınan sxemlə ölkəyə gətirilən azı 14 milyon funt sterlinq (17 milyon dollar) çirkli pulla bağlı məhkəmə keçirilib. Axar.az-ın Yeniavaz-a istinadən xəbərinə görə, bu barədə Britaniyanın "Evening Standard” qəzeti yazıb. İddia olunur ki, məhkəmə cütlüyün 10-a yaxın bank hesablarını dondurub. Britaniyanın Milli Cinayət Agentliyi bu vəsaitlərin oğurluq olmasından şübhələndiyi üçün Azərbaycan hökumətinə sorğu verib. Məlumatda bildirilir ki, ər-arvadın adları növbəti məhkəmədə açıqlanacaq.

Nə düşünürsən?