Nazarov qoldan sonra meneceri niyə qucaqlayıb?

  • 25.05.2020
  • 83 baxış
  • 0

Millimizin və “Erzgebirge”in üzvü Dmitri Nazarov Almaniya 2-ci Bundesliqanın son turunda “Nürnberq”lə oyunda (1:1) qol vurduqdan sonra klubun meneceri Tomas Romeykeni qucaqlamasının səbəbini açıqlayıb. Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, bunu Romeykenin komandanı xilas etməsi ilə əlaqələndirib: “Oyuna gəldiyimiz vaxt o, avtobusumuzun sükanı arxasında idi. Birdən qarşımıza təpədən uçan BMW düşdü. Məhz Romeyke cəld reaksiyası sayəsində həyatımızı xilas etdi. Əks halda, kim bilir, nə baş verəcəkdi. Buna görə də qolu vurduqdan sonra onu qucaqladım". Nazarov koronavirus pandemiyası ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara zidd hərəkət etdiyini anladığını, ancaq Almaniya Futbol İttifaqı tərəfindən bağışlanacağına ümid etdiyini bildirib: "Yəqin ki, məni anlayışla qarşılayarlar. Bilirəm ki, qolu bu cür qeyd etməyə icazə yoxdur. Futbol İttifaqının humanistlik göstərəcəyinə ümidvaram".

Nə düşünürsən?