Azərbaycanlı zabit 102 ermənini öldürdü

  • 24.05.2020
  • 0

Azərbaycan Bayrağı" ordeni kavaleri , Qarabağ müharibəsi iştirakçısı Məhərrəm Seyidov Oğlu Səməd Seyidovun atası ilə bağlı xatirələri: Mənim atam Məhərrəm Seyidov 1966-cı ilin 1 mayında Amasiyada doğulub. Anadan olan günü Məhərrəm ayına təsadüf etdiyindən babam adını Məhərrəm qoyub. Məktəb vaxtların Cüdo ilə məşğul olmağa başlayır. Bu onun həyatında dönüş olur. Zaqafqaziya birinciliyində finala Gürcüstanı təmsil edən erməni ilə çıxmalı idi. Finaldan bir gün əvvəl atamın qaldığı motelə daxil olub ayağına pambıq bağlayıb yandırdılar. Yuxudan ayılanda söndürməyə çalışsa da artıq ayağı yanmışdı. Final oyununa çıxa bilmir. Eyni hadisə növbəti ildə təkrarlana bilərdi lakin atama xəbardarlıq edilir və bu dəfə atam bu hiylədən qaça bilib döyüşə çıxır və çempion adını qazanır.

Nə düşünürsən?