Azərbaycanda baş verən ağır qəzada xeyli yaralı var

  • 24.05.2020
  • 0

Bu gün Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, minik avtomobili idarəetməni itirərək yol kənarında Ramazan bayramını qeyd etmək üçün qoyulmuş stol ətrafında toplaşan insanlara çırpılıb. Nəticədə 13 nəfər, o cümlədən 10 uşaq müxtəlif dərəcəli xəsarət alıblar.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, şəhər xəstəxanası, bütün şəhər strukturları hadisə ilə bağlı fəaliyyət başındadırlar:

“Şəhər xəstəxanasında bütün imkanlar xəsarət alanların müayinə və müvafiq müalicəsi üçün səfərbər olunub, bütün tibb personalı təcili surətdə işə çağrılıblar”.

Nə düşünürsən?