AzTV-ni Əli Həsənov idarə edir?!

  • 24.05.2020
  • 0

AzTV-də rəhbər dəyişikliyi olsa da dövlət televiziyasının Əli Həsənovun nəzarətində qaldığı fikri hər keçən gün daha da güclənir. Doğrudur, Əli Həsənov artıq vəzifəsindən uzaqlaşdırılıb və ilk baxışda keçmiş köməkçinin dövlət televiziya ilə əlaqəsi olmamalıdır. Lakin bunu anlamaq üçün AzTV-nin verilişlərinə nəzər yetirmək kifayətdir. Birincisi, bu televiziyanın bütün verilişlərini Əli Həsənovun trolluğunu edənlər, medianın hörmətdən düşməsində birbaşa iştirakçı olanlar bəzəyir. Hətta, Əli Həsənovun trolu olduğunu etiraf edən şəxslər həm “media eksperti”, həm “siyasi şərhçi”, həm də “sosioloq” kimi AzTV-nin efirində çıxışlar edir. Axı bir adam eyni vaxtda üç istiqamət üzrə necə mütəxəssis ola bilər? Azərbaycanda o qədər ciddi mütəxəssislər var ki, onlar dövlət televiziyasının yaxınından belə keçə bilmirlər. Deməli, Əli Həsənovun trollarının AzTV-nin efirini zəbt etməsi televiziya rəhbərliyinin bağlantılarından qaynaqlanır. Bunu təsdiq edən daha bir nümunəyə diqqət yetirək.

Nə düşünürsən?