Dmitri Nazarov etdiyi bu hərəkətə görə cəzalana bilər

  • 24.05.2020
  • 0

Millimizin və Almaniyanın “Ersgebirge” klubunun yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın 2-ci Bundesliqasında COVİD-19 epidemiyası ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara zidd hərəkət edib. Offsideplus.az xəbər verir ki, oyunçu 27-ci tur çərçivəsində keçirilmiş “Nürnberq”lə səfər oyununda qol vurduqdan sonra ehtiyat oyunçular skamyasına tərəf qaçaraq, klubun meneceri Tomas Romeykeni qucaqlayıb. Bununla da o, qaydaları kobud şəkildə pozub. Nazarov buna görə Almaniya Futbol İttifaqının onu cəzalandırmayacağına ümid etdiyini deyib.

Nə düşünürsən?