Məscidlərdən gələn səs insanları şok etdi

  • 23.05.2020
  • 337 baxış
  • 0

Türkiyənin İzmir şəhərindəki bəzi məscidlərin səsucaldan vasitələrində musiqi səslənib. Dərhal hərəkətə keçən müvafiq dairələr musiqinin səsləndirməsini dayandırıblar. Qeyd edək ki, İzmirdə bir neçə gün əvvəl italiyalı partizanların marşı hesab edilən "Çav Bella” musiqisi səsləndirilib. Sonuncu hadisədən sonra məscidlərdə səsucaldanlarla azanın səsləndirilməsi dayandırılıb. Bəzi dairələr bu hadisələri təxribat adlandırır. İzmirdəki məscidlərdə azanın səsləndirilməsi bir mərkəzdən idarə olunur./Redaktor.az

Nə düşünürsən?