TƏBİB 23 maya olan son vəziyyəti elan etdi

  • 23.05.2020
  • 0

Bu gün Azərbaycanda 5912 koronavirus testi keçirilib. "Kommersant.az"-ın xəbərinə görə, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Məlumata əsasən, ümumilikdə 265 067 test həyata keçirilib. Reanimasiyada olan xəstə sayı 55, süni tənəffüs cihazında olan xəstə sayı 9-dur. Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 3982, virusdan ölənlər 49, sağalan xəstə sayı 2506, aktiv xəstələrin sayı isə 1427 nəfərdir.

Nə düşünürsən?