Polis yolda qalan it ölüsünü yolun hərəkət hissəsindən çıxartdı

  • 23.05.2020
  • 0

Avtomobilin vurduğu və yolun ortasında qalmış it ölüsü yol polisinin köməkliyi ilə yoldan uzaqlaşdırılıb. YPX.AZ xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. Belə ki, avtomobil tərəfindən vurularaq ölən it yolun hərəkət hissəsində qalıb. Bu zaman 99 YP 261 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan yol polisi əməkdaşı nəqliyyat vasitələrinin hərəkətini dayandırıb və hərəkət iştirakçılarından biri itin ölüsünü yolun hərəkət hissəsindən götürərək yol kənarına çıxarıb.

Nə düşünürsən?