Bakıda əsən külək sürücülərə çətin anlar yaşadıb

  • 23.05.2020
  • 0

Bu gün Bakıda başlayan güclü külək yolda sürücülərə çətin anlar yaşadıb.

Avtosfer.az xəbər verir ki, Bakı-Ələt yolunun 18-21-ci kilometrliyindəki boş ərazidə külək güclü əsdiyi üçün ətrafdakı torpağı yola tərəf gətirib. Nəticədə sürücülərin görməsini məhdudlaşdırıb.

Bu səbəbdən 110 km/saat sürət təşkil olunmuş yolda sürücülər qəza dayanma işıq siqnallarını qoşaraq hərəkət sürətlərini 30-40 km/saat sürətə endiriblər.

Nə düşünürsən?