Vəhşi heyvan Oğuzda 12 yaşlı oğlanı parçaladı

  • 22.05.2020
  • 1

Oğuzda itkin düşən 12 yaşlı uşağın meyiti çaydan tapılıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Xaçmaz kəndində baş verib. Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Cəbrayıl Məmmədov həyətyanı sahədə suvarma işləri başa çatdığından həyətə gələn suyun qarşısını kəsməyə gedib. Axşam saatlarına qədər övladının qayıtmadığını görən atası Vüsal Məmmədov onu axtarmaq üçün çaya gedib. Ərazidə oğlunun velosipedini və paltarının olduğunu görən Vüsal Məmmədov övladını tapa bilməyəcəyini görüb rayon hüquq-mühafizə orqanlarına və müvafiq qurumlara müraciət edib. Bu gün səhər saatlarından isə 12 yaşlı Cəbrayıl Məmmədovun axtarışlarına rayonun hüquq-mühafizə əməkdaşları, Fövqəladə Hallar Nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri və kənd sakinləri cəlb edilib. Axtarışlardan sonra Cəbrayıl Məmmədovun meyiti kəndin ərazisindən 2 kilometr aralıda Nazar çayından tapılıb. Kənd sakinləri yeniyetmənin ölümünə səbəb kimi ayı hücumunun ola biləcəyini bildirirlər. Lakin ölümün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Patloji Anatomiya və tibbi Ekspertiza birliyinin Oğuz rayon bölməsinə təhvil verilib.

Nə düşünürsən?