Bakıda tanınmış jurnalist və anası koronavirusa yoluxdu

  • 22.05.2020
  • 0

İdman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub. BiG.AZ xəbər verir ki, A.Cəfərsoy bu barədə şəxsi “Facebook” hesabında paylaşım edib. O, iki həftədir güclü öskürək və yüksək qızdırmadan əziyyət çəkdiyini bildirib: "İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu. Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin".

Nə düşünürsən?