Roza Zərgərli özünü öldürmək istədi - Səbəb...

  • 22.05.2020
  • 0

Müğənni Roza Zərgərli Xəzər TV-nin 5/5 verilişində intihar etmək istədiyini deyib. XəzərXəbər xəbər verir ki, Roza Zərgərli övladlığa götürdüyü qızı Natavan haqqında etirafı edərkən kövrəlib: "Uşaqlarımı maddi tərəfdən gözütox böyütmüşəm. Bilirdim ki, Natavanın ad gününə hədiyyə alsam, onu təəccübləndirmərəm. Tez-tez qızım soruşurdu ki, görəsən, məni niyə atıblar? Deyirdi ki, sən məni bu qədər çox istəyirsən. Sualına cavab tapmaq üçün isə qərara gəldim ki, onu anası ilə tanış edim və səbəbini özü soruşsun. Əslində, bir qadın kimi balaca paxıllığım da vardı ki, axı, sənə canımı qurban verərəm, niyə ananı axtarırsan? Anasını tapdım və onu öz rəfiqəm kimi təqdim elədim. Qız anasını gördü, heç sevmədi və bəyənmədi. Ad günü olan gün dedim ki, bizə gələn sənin anandır. Əgər istəsən ananla bərabər yeməyə çıxa bilərik. Ondan bir ay sonra qızım getdi. Amma indi hər şey yaxşıdır.Onları tanış etdim, sonra münasibət qurdular. Xalq artisti Arif Qazıyevin yanına getmişdim. Evə gələndə gördüm ki, qapılar açıqdır, evdə heç kim yoxdur. Evim qarət edilmişdi. Ana ilə bala getdi. Dözə bilmədim və yenidən qızımı qaytardım. Ondan sonra beş il sənətdən getdim. Yeddi ildən sonra qızım qayıtdı. Stressə düşdüm, intihar etmək istədim. Mənə desələr ki, ürəyini ver, dörd yerə bölüb verərəm. Natavanın qızı Sofiyanı çox sevirəm. Bəlkə də qıraqdan baxan inanmaz ki, aktrisalıq edir. Amma hamının Allahı öz üzərindədir. Mənim bioloji övladımla övladlığa götürdüyüm uşaqlar arasında fərq yoxdur". Qeyd edək ki, Roza Zərgərlinin Bənövşə adlı doğma qızı var. O, Natavan, Jerar və Corc Qafarovu da övladlığa götürüb.

Nə düşünürsən?