Havanın çirklənməsinin monitorinqi keçirildi

  • 21.05.2020
  • 0

Çirklənməyə nəzarət üçün yeni nəsil stansiyalar qurulur Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində karantin rejiminin atmosfer havasına təsiri barədə danışdı. Nazir karantin dövründə təbiətdə baş verən dəyişikliklərlə bağlı müşahidə və monitorinqlərin həyata keçirildiyini bildirdi. Atmosferdə yaranan dəyişikliyə münasibət bildirən Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva da öz növbəsində karantin müddətində atmosferdə müsbət dəyişikliklərin olduğuna diqqət çəkdi.

Nə düşünürsən?