Mənzillərin qiyməti artdı

  • 21.05.2020
  • 0

Ən çox həyət evlərinə tələbat var Koronavirus pandemiyası daşınmaz əmlak bazarından da yan keçmədi. Belə ki, kirayə mənzillərin qiymətində artım müşahidə olunmaqdadır. Ekspert bunun səbəbini bir çox amillə əlaqələndirir. Birinci amil ondan ibarətdir ki, artıq bazara yeni tikililər daxil olur, bu cür tikililərin isə çoxu bahalıdır və vip müştərilər üçün nəzərdə tutulur. Bu da orta qiymətə öz təsirini göstərir. Əmlakçıların sözlərinə görə isə, qiymətlər 10-15 faiz artıb və hazırkı dövrdə bağ evlərinə tələbat daha çoxdur. Digər bir əmkakçı Vəfadar Axundov isə qiymət artımının olmadığını qeyd edir. Ekspert həm də qeyd edir ki,bu gün bağ evlərinin kirayə qiymətində 5.04 faiz artım müşahidə olunur.İnsanlar pandemiya dövründə həyət evlərinə daha çox üstünlük verirlər.