Qışlaqlardan yaylaqlara köç başladı

  • 21.05.2020
  • 94 baxış
  • 0

Azərbaycanda qoyun sürülərinin qışlaqlardan yaylaqlara köçünə başlanıb. Xezerxeber.az-ın məlumatına görə, sürülər Aran bölgələrində yerləşən qışlaqlardan dağlıq ərazilərdə yerləşən yaylaqlara köçürülür. Hazırda sürülər Masallı-Yardımlı yolu ilə Təkdam-Pirəsora-Orand istiqamətində yaylaqlara qalxır. Gün ərzində bu istiqamətdə təxminən 5 mindən artıq xırdabuynuzlu heyvanın köçü təşkil edilir. Lerik yaylaqlarında əsasən, Pirəsora qoyun cinsindən olan sürülər saxlanır. Bu qoyunlar yüksək yun, ət, yağ və balavermə qabiliyyətinə malikdir. Kənd Təsərrüfatı naziri İnam Kərimov köç prosesini izləyib, sürüləri yaylağa qaldıran çobanlarla söhbət edib. İnam Kərimov Azərbaycanda qoyunçuluq təsərrüffatının qışlaq və yaylaq prinsipi üzərində qurulduğunu və bu ənənənin davam etdirildiyini deyib. Köç prosesinə hazırlıqdan bəhs edən fermerlərin sözlərinə görə, yaylaqlarda bəslənmə xüsusilə davarların qidaya olan tələbatlarının ödənməsində iqtisadi baxımdan səmərəlidir. Yaylaqda heyvanların otarılması yemə olan tələbatın tam ödənilməsinə imkan verir. Eyni zamanda, təsərrüfatın istehsal xərcinin azalmasına səbəb olur. Sürülərin yaylaqda bəslənməsi prosesi oktyabr ayının əvvəllərinə qədər davam edir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?