O uşaq ağlı ilə etdi, böyüklər isə trendə çevirdi

  • 21.05.2020
  • 0

Bir neçə gün öncə sosial şəbəkələrdə bir azyaşlının mahnı oxuyarkən yanındaki körpənin də oxumasını istəyib, oxumadığını görəndə onu vurması görüntüləri yayılmışdı. Videoda iki azyaşlının olması çoxlarında gülüş hissi yaratmışdı. Təbii ki, onlar uşaqdılar. Ancaq artıq məsələ uşaqlardan çıxaraq böyüklərə yönəlib və bu əməl trend halını alıb. YPX.AZ-ın əldə etdiyi görüntülərdə artıq böyüklərin istər bir-birinə, istərsə də azyaşlılara qarşı eyni əməli zarafatla etməyə çalışmaları əks olunub. Doğrudur, insanlar bunu zarafat olsun, üzlərdə gülüş yaransın deyə edirlər. Ancaq indiki dövrümüzdə həmin körpəni vuran uşaq da daxil olmaqla bütün azyaşlılar sosial şəbəkələrdən xəbərdardılar. Böyüklərin azyaşlılara qarşı şiddəti əks etdirən formada davranmalarını heçdə hər bir uşaq zarafat kimi anlamır, anlamaları da qınanılası deyil. Çünki, onlar uşaqdırlar. Bu görüntülərə şahid olan istənilən uşaq özündən balaca və ya böyük olması fərq etmədən bacı-qardaşına qarşı eyni şəkildə davrana bilər ki, bunun da fəsadlarının olması qaçınılmazdır. Bir ailədə tək öz övladına qarşı həssas davranmaq kifayət etmir. Öz övladını bu kimi hallardan uzaq tutub, kənarda bu kimi videolar çəkib sosial şəbəkələrdə cəmiyyətə sərgiləmək əslində məsələnin kökü halına gəlib. Yuxarda vurğuladığımız kimi, azyaşlılar sosial şəbəkələrdən xəbərdardılar. İnsanlarımızı bu kimi məsələlərdə həssas olmağa, azyaşlıların psixoloji halını nəzərə almağa səsləyirik. Sizin əyləncəniz hansısa evdə bir körpənin incinməsinə səbəb olacaqsa bunu etməyin. Əylənmək üçün yetərincə mövzular var. Bu işin içinə şiddəti qatmayaq.

Nə düşünürsən?